ABŞ və İsrailin müdafiə nazirləri görüşdü

ABŞ və İsrailin müdafiə nazirləri görüşdü
04:54 8 Mart 2017
111 Digər
Ölkə mətbuatı
A- A+

ABŞ və İsrailin müdafiə nazirləri Ceyms Mettis və Aviqdor Liberman Vaşinqtonda baş tutan görüşdə Yaxın Şərq problemlərini müzakirə ediblər. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Pentaqonun məlumatında bildirilir.  

 

Tramp administrasiyasının hakimiyyətdə olduğu müddətdə bu ABŞ və İsrailin müdafiə nazirlərinin ilk görüşüdür.  

 

“Mettis, ABŞ-ın İsrailin təhlükəsizliyi  və qonşularının üzərində hərbi üstünlüyünü dəstəklədiyini bir daha təsdiqləyib. Liberman bölgədəki çağırışlar və imkanlarla bağlı öz fikirlərini bölüşüb”, -  deyə bəyanatda bildirilir.    


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/269349

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR