Serxio Ramosdan tarixi göstərici

Serxio Ramosdan tarixi göstərici
05:14 8 Mart 2017
141 Digər
Ölkə mətbuatı
A- A+

Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab qarşılaşması çərçivəsində “Napoli”nin qapısından iki qol keçirən “Real”ın müdafiəçisi Serxio Ramos tarixi göstəriciyə imza atıb.

 

Belə ki, Madrid klubunun heyətində 68-ci qolunu vuran futbolçu bununla Roberto Karlosa çataraq klubun tarixində ən çox qol vuran müdafiəçilərdən biri olub.

 

Sonrakı yerlərdə isə Fernando Yerro (67) və Pirri (63) qərarlaşıb.

 

Qeyd edək ki, iki komanda arasındakı ilk oyunda “kral klubu” 3:1 hesablı qələbə qazanmışdı.

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/269350

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR