Günün resepti: fındıqlı gəlin çantası

Günün resepti: fındıqlı gəlin çantası
07:05 8 Mart 2017
251 Ölkə
Ölkə mətbuatı
A- A+

Milli.Az "Fındıqlı gəlin çantası" şirniyyatının hazırlanma qaydasını təqdim edir

Tərkibi:

1stəkan süd
1 ədəd yumurta
3 xörək qaşığı duru yağ
1 stəkan şəkər tozu
2 xörək qaşığı kakao
1 stəkan un
1 ədəd vanil
1 ədəd qabartma tozu

iç: 

1 ədəd krem-şanti
2 stəkan soyuq süd

Kənarlarına sous üçün:
1 stəkan üyüdülmüş fındıq

Hazırlanması:

Dərin bir qaba  süd, yumurta, duru yağ və 1 stəkan şəkər tozu əlavə edib mikserlə yaxşıca çalın. Daha sonra un və 2 xörək qaşığı kakao, vanil və qabartma tozunu əlavə edib mikserin yüksək sürətində həcmi 3 dəfə artanadək çalın. Ocaqda tavanı isidib, içini yağlamadan, istədiyiniz ölçüdə xəmir əlavə edin. Hər iki üzünü bişirin. Xəmir qalın olmamalıdır. Daha sonra bir qaba çəkib soyumasını gözləyin. Bir-birinə yapışmamasına diqqət edin.

Başqa bir qabda krem şantinin üzərinə 1 stəkan soyuq halda olan süd əlavə edib, yaxşıca qarışdırın. Daha sonra krem torbasına doldurub bişən xəmirlərin üzərinə yarıya kimi əlavə edib yarım ay şəklində qatlayın. Krem-şantili hissəsini fındığa batıraraq qablara düzün. Soyuducuda 1 saat saxlayıb, servis edə bilərsiniz.

Nuş olsun!
Milli.Az




Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/523945.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR