Çin Aya astronavt göndərmək üçün gəmi yaradır

Çin Aya astronavt göndərmək üçün gəmi yaradır
08:12 8 Mart 2017
101 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 8 mart. REPORT.AZ/ Çin mühəndisləri 4 astronavtın Aya göndərilməsi üçün idarə oluna bilən gəminin yaradılması üzərində işləyirlər.
"Report" xəbər verir ki, bu barədə Çinin idarə oluna bilən kosmik gəmilər proqramının baş konstruktoru Çjan Baynan məlumat verib.
Çinlilərin fikrincə, hazırlanan nəqliyyat vasitəsini bir neçə dəfə istifadə etmək mümkün olacaq.
Çjan Baynan bildirib ki, hazırda idarə oluna bilən xarici gəmilər beynəlxalq kosmik stansiyaya 6-ya qədər astronavt göndərə bilirlər. Aya eniş üçün bu rəqəm 3-4 nəfərə qədər azalır. Gəmi yaradıcılarının planı beynəlxalq kosmik stansiyaya astronavt göndərmək üçün istifadə olunan qabaqcıl gəmilərdən geri qalmayan kosmik aparat ərsəyə gətirməkdir.
Bundan əvvəl Pekinin 2036-cı ilədək Aya astronavt göndərmək niyyətində olduğu bildirilirdi.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/cin-aya-astronavt-gondermek-ucun-gemi-yaradir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR