Serxio Ramos "Real"ın tarixinə düşdü

Serxio Ramos "Real"ın tarixinə düşdü
08:53 8 Mart 2017
105 İdman
Ölkə mətbuatı
A- A+

Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab qarşılaşması çərçivəsində “Napoli”nin qapısından iki qol keçirən “Real”ın müdafiəçisi Serxio Ramos tarixi göstəriciyə imza atıb.

Apasport saytının xəbərinə görə, Madrid klubunun heyətində 68-ci qolunu vuran futbolçu bununla Roberto Karlosa çataraq klubun tarixində ən çox qol vuran müdafiəçilərdən biri olub.

Sonrakı yerlərdə isə Fernando Yerro (67) və Pirri (63) qərarlaşıb.

Qeyd edək ki, iki komanda arasındakı ilk oyunda “kral klubu” 3:1 hesablı qələbə qazanmışdı.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/idman/190566.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR