"Messi axmaqdır"

"Messi axmaqdır"
09:17 8 Mart 2017
84 İdman
Ölkə mətbuatı
A- A+

"Barselona"nın və Argentina millisinin hücumçusu Lionel Messinin hepatit C xəstəliyindən əziyyət çəkənlərə dəstək məqsədilə Misirə yollandığı, səfər zamanı paytaxt Qahirədə yerləşən piramidaları gəzdiyi barədə məlumat vermişdik.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, Messinin piramidalara ziyarəti zamanı ona bələdçilik edən misirli arxeoloq Zahi Havas "Misir TV"-yə açıqlamasında argentinalı ulduz barədə danışıb.

Hücumçunun intellektual səviyyəsinin aşağı olduğunu deyən Havas onu "axmaq" adlandırıb:
"Bunu dediyim üçün təəssüf edirəm, lakin o, bir axmaqdı. Onunla piramidalarda yarım saat keçirdim. Milyonlarla təqibçisi, fanatı olduğu üçün bunları ona danışmam məncə, vacib idi. Bu, Misir və turizm cəhətdən yaxşı haldı. Amma məncə, ona heç maraqlı gəlmədi. Ona danışdıqlarımdan sonra üzündə heç bir maraq ifadəsi yaranmadı. Çox mülayim idi, ancaq bəlkə də, sadəcə futbolla maraqlanır".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/524223.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR