Deputatın oğlu avtomobillə piyadanı öldürdü

Malidə millət vəkilinin oğlu avtomobillə qəza törədib.

Metbuat.az bildirir ki, parlament üzvü Yaqama Tembelinin oğlu idarə etdiyi avtomobillə paytaxt Bamakoda yoldan keçən piyadanı vurub. Piyadanın həyatını itirməsinə baxmayaraq, millət vəkilinin oğlu sərbəst buraxılıb.

Baş vermiş hadisə ölkədə etirazlara səbəb olub. Ölən şəxsin qohumları və digər insanlar gəncin həbs olunmasını tələb ediblər.

Orxan / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR