Xalq artistindən qadınlara

Xalq artisti Faiq Ağayev Azərbaycan qadınlarını 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edib.

Bununla bağlı Mətbuat.az-a açıqlama verən Faiq Ağayev bildirib ki, xanımlara xoşbəxtlik arzulayır:

“Bütün xanımları bayram münasibəti ilə təbrik edirəm.Düşünürəm ki, heç vaxt aldığın hədiyyənin qiyməti əsas rol oynamır. Əsas odur ki, seviləcək, dəyərli bir hədiyyə olsun. Elə olsun ki, bu hədiyyəni verəndə xanımın üzündə gülüş yaransın, özünü xoşbəxt hiss etsin. Özəl hədiyyəm isə anama məxsusdur”.

Xalq artisti xanımlar üçün “Nə məsələdir?” adlı özəl mahnı da ifa edib. Faiq Ağayevin sözügedəb mahnısı isə ekslüziv olaraq 106.3 FM-də səslənəcək.

Rəvan Nasiroğlu / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR