Hindistan polisi qatarı partlatmaqda şübhəli bilinən silahlı şəxsi məhv edib

Hindistan polisi qatarı partlatmaqda şübhəli bilinən silahlı şəxsi məhv edib
10:27 8 Mart 2017
80 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 8 mart. REPORT.AZ/ Ötən gecə Hindistan polisi Lakxnau şəhəri ətrafında keçirdiyi əməliyyat zamanı 8 nəfərin xəsarət alması ilə nəticələnən qatarın partladılmasında şübhəli bilinən terrorçunu məhv edib.
"Report" TASS-a istinadən xəbəb verir ki, polislər həmin şəxsi və onun silahdaşlarını İŞİD terror qruplaşması ilə əlaqədə şübhəli sayırlar.
Polislər silahlını Lakxnau şəhəri ətrafında yerləşən evlərin birində 12 saat ərində mühasirəyə alaraq təslim olmağa məcbur ediblər. Onlar bunun üçün gözyaşardıcı qazdan və tüstü buraxan şaşkalardan istifadə ediblər. Ancaq terrorçü onlara atəş açaraq təslim olmaqdan imtina edib. 
Məlumata görə, öldürülən terrorçunun adı Saifulladır. O, dünən Madxya-Prateş ştatında qatarın partladılmasında şübhəli bilinir.
Xəbərdə bildirilib ki, artıq qatarın partladılması ilə bağlı 5 nəfər saxlanılıb, digər 3 nəfərin axtarışı isə davam edir.
Qeyd edək ki, martın 7-də Madxya-Prateş ştatında, Bxopal-Udcayn istiqamətində hərəkət edən sərnişin qatarında partlayış baş verib. Nəticədə ən azı 9 nəfər xəsarət alıb. Polis kustar üsulla hazırlanan partlayıcı qurğunun qatarda işə düşdüyünü açıqlayıb.


Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/hindistan-polisi-qatari-partlatmaqda-subheli-bilinen-silahli-sexsi-mehv-edib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR