Mətanət Əliverdiyevanın avtomobilini yol polisi saxladı

ATV telekanalının tanınmış aparıcısı Mətanət Əliverdiyevanın avtomobilini Bakı şəhər Dövlət Yol Polisinin polis polkovniki Vaqif Əsədov dayandırıb.

Metbuat.az xəbər verir ki, bu dəfə səbəb onun qayda pozması deyilmiş. Vaqif Əsədov aparıcını 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edərək, ona diqqət nümunəsi olaraq gül buketi və açıqca təqdim edib. Aparıcı isə göstərilən diqqətə görə təşəkkürünü bildirib.

Rəvan Nasiroğlu / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR