Azərbaycan-ABŞ əlaqələrinin 25 illiyinə həsr olunmuş poçt markası buraxıldı

Azərbaycan-ABŞ əlaqələrinin 25 illiyinə həsr olunmuş poçt markası buraxıldı
10:32 8 Mart 2017
72 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycanla ABŞ arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyi münasibətilə Los Anceles şəhərində müvafiq poçt markası buraxılıb.

Milli.Az xəbər verir ki, Azərbaycanın Los Ancelesdəki Baş konsulluğundan Trend-ə verilən məlumata görə, ABŞ-n Federal Poçt Xidməti tərəfindən təsdiq olunmuş və bütün ölkə ərazisində istifadə ediləcək poçt markasının üzərində Azərbaycan və ABŞ bayraqları əks etdirilərək, "Azərbaycan - ABŞ. 25 İllik Dostluq. 1992-2017" sözləri qeyd olunub.

Baş Konsulluğun təşəbbüsü və dəstəyi ilə buraxılan markanın ABŞ-da geniş şəkildə yayılması nəzərdə tutulur.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/524254.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR