Nobel mükafatı alan qadınlar

Nobel mükafatı İsveç Kral Elmlər Akademiyası tərəfindən 116 ildir kişi və qadınlara ədəbiyyat, tibb, fizika, kimya və başqa sahələrdəki uğurlarına görə verilir.

Metbuat.az bildirir ki, Nobel mükafatı almış kişilərin sayı 822, qadınların sayı isə 48-dir. Nobel mükafatı ilə təltif olunan bəzi qadınları sizə təqdim edirik:

Mariya Küri - 1903-cü ildə fizika, 1911-ci ildə isə kimya sahəsindəki uğurlarına görə bu mükafata layiq görülüb.

Malala Yusufzay - Nobel mükafatı almış ən gənc qadın hesab olunur. 17 yaşında bu mükafata layiq görülüb.

Onq Sanq Su Çi - 1991-ci ildə Myanmada "demokratiya və insan haqları üçün şiddəti qarşı mübarizəsinə" görə Nobellə mükafatlandırılıb.

Təvəkkül Karman - Ərəb dünyasında Nobel Sülh Mükafatı alan yeganə qadın hesab olunur.

Vanqari Maathay - Afrikada Nobel mükafatı alan ilk qadın.

Orxan / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR