Avstraliyada "qadın" işıqforlar peyda olub

Avstraliyada "qadın" işıqforlar peyda olub
11:07 8 Mart 2017
72 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 8 mart. REPORT.AZ/ Avstraliyada "qadın" işıqforlar quraşdırılıb. "Report" xəbər verir ki, bu barədə "Herald Sun" məlumat yayıb.
Nəşrin yazdığına görə, işıqforlardakı kişi siluetlərinə ətək əlavə edildikdən sonra, onlar qadınabənzər şəkil alıb. Bu kampaniya "Gələcəyin fokus qrupu" adlı ictimai təşkilatın təklifi ilə Viktoriya ştatında gender bərabərliyinin təmin edilməsi məqsədilə keçirilib.
Eksperiment bir il davam edəcək, aksiya Melburnda baş tutub. Şəhərdə ümumilikdə 10 belə işıqfor quraşdırılıb.
Avstraliyada Qadın silueti əks olunan işıqforlar quraşdırılıb
Qeyd edək ki, bu yenilik qızğın müzakirələrə səbəb olub. Nəşrin keçirdiyi ekspress-sorğu əsasında iştirakçıların 94%-i ətəkli firuqların onlarda müsbət emosiyalar yaratmadığını deyib. Həmçinin bildiriblər ki, işıqforların montajı üçün çəkilən xərclər daha səmərəli xərclənə bilərdi. Sorğuda iştirak edən qadınların əksəriyyətinin fikrincə, cinslərin bərabərlik ideyasının dərk edilməsi üçün daha ciddi təşəbbüslər reallaşdırmaq lazımdır.
"Herald Sun" xatırladır ki, "qadın" işıqforlar Avstraliyadan başqa Almaniyada da tətbiq edilib.

Xəbərin orijinal ünvanı: https://report.az/cemiyyet/avstraliyada-qadin-isiqforlar-peyda-olub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR