Rusiyaya qarşı sanksiyalar qüvvədə qalacaq

Rusiyaya qarşı sanksiyalar qüvvədə qalacaq
11:17 8 Mart 2017
78 Dünya
Ölkə mətbuatı
A- A+

ABŞ dövlət katibi Reks Tillerson Ukraynanın XİN rəhbəri Pavel Klimkinlə görüşündə Rusiyaya qarşı sanksiyaların qüvvədə qalacağını qeyd edib.

Milli.Az azvision.az-a istinadən xəbər verir ki, bu barədə ABŞ Departamentinin rəsmi nümayəndəsi Mark Toner jurnalistlərə açıqlamasında zamanı bildirib: "Rusiya Ukraynanın şərqinə və Krıma dair tələbləri yerinə yetirməyincə, sanksiyalar qüvvədə qalacaq", - Toner söyləyib.

Bu arada ABŞ Ədliyyə Nazirliyinin rəhbərinin müavini postuna namizəd Rod Rozenstayn prezident Donald Trampın komandasının Rusiya ilə əlaqələrinin olub-olmamasını araşdırmaq üçün xüsusi prokuror təyin edəcəyini istisna etməyib. Rod Rozenstayn, həmçinin ABŞ-da keçirilən son prezident seçkilərinə Rusiyanın müdaxiləsini araşdıracağını vəd edib. 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/524261.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR