"Səbail" bəyanat yaydı

"Səbail" bəyanat yaydı
11:27 8 Mart 2017
109 İdman
Ölkə mətbuatı
A- A+

Sabah "Turan Tovuz"u qəbul etməli olan "Səbail" klubu rəqib futbolçuların zəhərlənməsi xəbəriylə bəyanat yayıb. Fanat.Az paytaxt klubunun yaydığı bəyanatı təqdim edir:


"Səbail" FK "Turan Tovuz"un qida zəhərlənməsi səbəbilə sağlamlıqlarında problem yaşanan oyunçularına şəfa diləyir və onların oyun saatına kimi tam olaraq sağalmasını arzulayır.


Klubumuz inanır ki, çempionatın hazırkı lideri və ən güclü komandalarından olan "Turan Tovuz"un heyətində bu oyunçuları əvəz edə biləcək bacarıqda oyunçular var.


Xatırladaq ki, komandamızın heyətində aparıcı oyunçularımız olan Eltun Yaqublu və Qvanzav Maqomedov "Turan Tovuz"la bu vacib oyunu buraxmalı olacaq.


"Səbail" FK "Turan Tovuz" oyununun sağlam mübarizə şəraitində keçəcəyinə inanır və rəqibin zəhərlənmiş oyunçularına bir daha şəfa diləyir!"


Qeyd edək ki, "Turan Tovuz" futbolçularının zəhərlənməsinə görə oyunun iki gün sonraya keçrilməsi ilə bağlı "Səbail" və PFL-ə müraciət etmişdi.


Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-quotsbailquot-byanat-yayd-t56779.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR