Qadınlar, DİQQƏT: Bunlar infarktın ƏLAMƏTLƏRİ ola bilər

Qadınlar, DİQQƏT: Bunlar infarktın ƏLAMƏTLƏRİ ola bilər
11:32 8 Mart 2017
317 Ölkə
Ölkə mətbuatı
A- A+

Mütəxəssislərin fikrincə, kişilərdə infarkt anidən ortaya çıxır və özünü çox da büruzə vermir. Ancaq qadınlarda vəziyyət bir az fərqlidir. Qadınlarda infarktın əlamətləri daha çox özünü bəlli edir və əlamətləri fasilələrlə də olsa özünü göstərir.

Milli.Az lent.az-a istinadən qadınlarda infarktın əlamətlərini təqdim edir.

Həddən çox yorğunluq

Gün ərzində bədəninizi yoracaq hərəkətlər etməsəniz belə, birdən-birə üstünüzə çökən yorğunluq və özünü anidən ağırlaşmış hiss etmək qadınlarda infarktın mühüm əlamətlərindəndir.

Tərləmə və nəfəs darlığı

Tərləməyi və nəfəs çatışmazlığını qripin sindromu kimi düşünə bilərsiniz. Ancaq bu simptomlarla tez-tez qarşılaşırsınızsa, xüsusən də idman sonrası üzə çıxırsa, həkimə getməlisiniz.

Sinə ətrafında yaranan ağrılar

Problemin olduğu yerdə hər zaman ağrı olmaya bilər. Çənə ağrısı, kürək ağrısı, ya da hər iki qoldakı ağrı erkən infarktın xəbərçisidir.

Ürəkbulanma və qusma

Xüsusilə qadınlarda infarktın ən geniş yayılmış əlamətləri ürək bulanma və qusmadır.

Bəs infarkt riskini azaltmaq üçün nə edə bilərik?

Şəkəri azaldın

Çox şəkər bədən üzərində mənfi təsirlər yaradır, yaxşı xolesterolu aşağı salır və triqliseritləri artırır. Bu da infarkt riskini yüksəldir.

İdman

İdmanı gündəlik yorucu fiziki hərəkətlərlə eyni tutmayın. Gündəlik yorucu hərəkətlər infarkt riskinizi artırır. Müntəzəm idman edən qadınlarda etməyənlərə nisbətən infarkt riski 50% daha azdır.

Sarımsaq yeyin

Yeməklərinizə və yaşıl salatlarınıza hər fürsətdə sarımsaq əlavə edin. Sarımsaq qan təzyiqini aşağı salmağa yardımçı olur. Güclü antioksidant tərkibli olduğu üçün arteriya damarlarında bakteriya yaranmasının qarşısını alır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/health/524267.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR