Qadınların hesabına əlavə 12 trilyon dollar da qazanmaq olar

Qadınların hesabına əlavə 12 trilyon dollar da qazanmaq olar
11:47 8 Mart 2017
98 Ölkə
Ölkə mətbuatı
A- A+

Dünyada bütün xanımların hüquqları qorunsa, qlobal ümumi daxili məhsulda (ÜDM) 2025-ci ilədək əlavə olaraq 12 trilyon dollar artıma nail olmaq mümkün olar. Bu qənaətə McKinsey Global Institutu gəlib.

Milli.Az xəbər verir ki, bunu İqtisadi və Sosial İnkişaf Mərkəzinin (CESD) rəhbəri, tanınmış iqtisadçı-ekspert Vüqar Bayramov bildirib.

Ekspertin sözlərinə görə, gender qeyri-bərabərliyi yalnız mənəvi və sosial deyil, eyni zamanda iqtisadi problemdir: "Hətta qlobal əmək bazarında xanımların kişilər ilə eyni hüquqları olsaydı, bu, ÜDM-in 28 faiz artmasına gətirib çıxara bilərdi. ABŞ-da 18 trilyon dollarlıq ÜDM-nin 7,6 trilyon dollarını xanımlar formalaşdırır. Sözügedən ölkədə xanımlar, sadəcə, bir gün işləməsə, bu iqtisadiyyata 21 milyard dollar ziyan vurar. Bu, əslində, xanımların iqtisadi gücünün ən yaxşı göstəricisidir.

Azərbaycanda xanımların iqtisadiyyata töhvəsi hesablanmasa da, güman etmək çətin deyil ki, xanımlarımızın elmi və iqtisadi potensialından hələ də tam istifadə edilmir. Təhsilli, iqtisadi baxımdan özünü təmin edən xanım cəmiyyətin inkişafı və gender bərabərliyinin formalaşması baxımdan çox vacibdir".

İlkin İzzət
Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/524275.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR