Qadınlar 8 marta nə istəyir? - SORĞU

Qadınlar 8 marta nə istəyir? - SORĞU
11:52 8 Mart 2017
136 Ölkə
Ölkə mətbuatı
A- A+

Mart ayı girər-girməz qadınların üzünə təbəssüm, qəlblərinə sevinc qonur. Səbəbi hər kəsə məlumdur - 8 Mart - Beynəlxalq Qadınlar Günü. Sevgililər gününün xərcindən canını yenicə qurtaran kişilər bu dəfə də ətraflarındakı qadınları sevindirməlidirlər. Bəs 8 martda qadınlar kişilərdən nə hədiyyə gözləyir?

Milli.Az xəbər verir ki, "ACT Azərbaycan" bunu Bakı sakinlərindən soruşub.

Sorğu nəticəsində məlum oldu ki, həm qadınlar (83 %), həm də kişilər (78 %) 8 Mart - Beynəlxalq Qadınlar Gününü bayram olaraq qeyd edirlər. Hər iki cinsdən olan respondentlər bu günü evdə (78 %) qeyd etməyi tərcih edirlər. 

Kişilər hər bayram olduğu kimi bu bayramda da qadınları bir dəstə gül ilə sevindirməyi düşünürlər (54 %). Qadınları ətirlə sevindirmək istəyən də yetəri qədərdir (45 %). 14 % kişi respondent qadınları sevindirməyin qısa yolunu tapıb. Onlar zərif cinsi pulla sevindirəcəklər. 13 % kişi isə bayramda əməlli-başlı xərc çəkərək zinət əşyası hədiyyə edəcək. Xanımların gözəlliyinə gözəllik qatıb onlara kosmetika və qulluq vasitələri hədiyyə etmək istəyənlər isə 8 %-dir. 

Bəs görəsən, Bakının zərif xanımları bu bayram günündə kişilərdən nə hədiyyə almaq istəyir? Rəyini soruşduğumuz qadınların tam yarısı kişilərdən bir dəstə gül almaq istədiyini bildirib (50 %). Ətirlə bayramına əhval-ruhiyyə qatmaq istəyən xanımların da sayı kifayət qədərdir ( 46 %). "Əsas hədiyyə deyil, diqqətdir" deyən xanımlar isə sorğuda 10 % səs toplayıb. Maraqlısı odur ki, bu fikri səsləndirənlərin əksəriyyəti ahıl qadınlardır (65 və çox yaş-31% ).

Gəlin, bu bayram günü onları diqqətdənkənar qoymayaq !

Sorğu 22 - 27 fevral tarixlərində Bakı şəhərində 400 respondent arasında telefon vasitəsilə həyata keçirilib. Sorğu nəticələrinin yanlışlıq həddi maksimum 4.9 %-dir.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/524287.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR