Nadir Qafarzadə müflis olub?

Tanınmış müğənni Nadir Qafarzadə 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə xanımları təbrik edib.

Nadir Qafarzadə Metbuat.az-a bildirib ki, maliyyə durumu yaxşı deyil, həyat yoldaşına hədiyyə almayacaq:

“Mən 24 ildir onunla birlikdə yaşayıram. Pis və yaxşı günlərimiz daima birlikdə keçib. Onun üçün hədiyyəyəm! Pul olanda alırdım, indi pul yoxdu. Buna görə incimir”.

Müğənni toylarının azlığından da şikayətlənib:

"Böhrandır, toy yoxdur, pul yoxdur. Elə buna görə hədiyyə almıram. Yoldaşım deyir ki, hədiyyəyə verdiyin pulu övladlarımıza xərcləyək. Bu gün kişi evinə çörək apara bilirsə, o kişi özü bir hədiyyədir”

Rəvan Nasiroğlu / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR