Venqer: ""Arsenal" istədiyi futbolu nümayiş etdirdi"

Venqer: ""Arsenal" istədiyi futbolu nümayiş etdirdi"
11:57 8 Mart 2017
94 İdman
Ölkə mətbuatı
A- A+

"Arsenal" Çempionlar Liqasının 1/8 final mərhələsində "Bayern Munih"ə qarşı cavab matçında da 1:5 hesabıyla uduzub.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, matçdan sonra fikirlərini bölüşən Arsen Venqer hakimlikdən şikayətlənib.

"Hesab edirəm ki, "Arsenal" yaxşı formadadır. Müvəqqəti çətinliklər var. "Bavariya" ilə oyundakı hakimlik insanı özündən çıxarır. Məsələn, Uolkotta qarşı kobudluğa görə penalti təyin olunmalı idi. Levandovski isə ofsaydda idi. Bu oyunu izləmək üçün pul xərcləyən azarkeşlərə görə təəssüflənirəm.

İkinci qolu vursaydıq, rəqibin necə rekasiya göstərəcəyi maraqlı olardı. Biz istədiyimiz futbolu göstərdik. Komanda sürətli idi, "Bavariya" üçün problemlər yaratdı. Bəzi epizodlarda bəxtimiz gətirmədi. Bir futbolçuya qırmızı vərəqə göstərib qapına penalti təyin edəndə qarşıya qoyulan vəzifənin icra olunacağına inam ölür".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/524280.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR