"Qan vannası", "çöp qutusu", utanc - "Arsenal" manşetləri

"Qan vannası", "çöp qutusu", utanc -   "Arsenal" manşetləri
12:07 8 Mart 2017
112 İdman
Ölkə mətbuatı
A- A+

"Arsenal" Çempionlar Liqasının 1/8 finalında "Bavariya"ya biabırçı hesabla uduzdu. İlk matçda 1:5 hesabı ilə yenilən "topçular" evdəki cavab qarşılaşmasında da eyni hesaba üzüldü.


Bu nəticə onsuz da Arsen Vengerdən narazı olan "Arsenal" fanatlarını çılğına çevirib. Üstəliu media da fransız mütəxəssisi sərt şəkildə tənqid edir. 


Fanat.Az "Arsenal"la bağlı maraqlı manşetləri təqdim edir:


"Daily Mail"


10:2! "Emirates"də qan vannası. "Arsenal" 5 ulduzlu "Bavariya" qarşısında yenə aşağılandı. Venger "çöp qutusu" kimi Çempionlar Liqasından atıldı.



"Telegraph"


"Topçular" təpik yedi və aşağılanaraq Çempionlar Liqasından kənarda qaldı!



"The Sun"


"Topçular" darmadağın! Vengerə etirazlarla bərabər, yeni bir Avropa utancı və "Emirates"dəki ən böyük yenilgi...



"Daily Express"


Arsen Vener hakimlərdən şikayət etsə də, istefa verməsi üçün üzərindəki təzyiq artır.



Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-quotqan-vannasquot-quotcop-qutusuquot-utanc-t56780.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR