"Sən əxlaqsızsan, ölməlisən!" - Evinin qarşısında döyüb öldürdülər - FOTO

"Sən əxlaqsızsan, ölməlisən!" - Evinin qarşısında döyüb öldürdülər - FOTO
12:12 8 Mart 2017
123 Dünya
Ölkə mətbuatı
A- A+

Sən əxlaqsızsan! Sən nə kişisən, nə də qadın! Ölməlisən!

Bu sözləri deyən 6 nəfər Dandara duş Santuşu evindən sürüyüb çıxarıblar və döyməyə başlayıblar.

Santuşu vəhşicəsinə döyən şəxslər onu əl arabasına yükləyərək küçənin kənarındakı zibilxanaya atıblar.

Milli.Az O Globo-ya istinadən bildirir ki, olay Braziliyanın Fortaleze şəhərində yaşanıb. Şəxsiyyətləri hələlik naməlum olan 6 nəfər 42 yaşlı transseksual Dandara duş Santuşu evindən sürüyüb çölə çıxarandan sonra döyərək öldürüblər.

Polis olayla bağlı təhqiqata başlayıb. Cinayətkarlar axtarılır.

Braziliya Transatlantika Şəbəkəsinin açıqlamasına görə, ötən ay ölkədə 5 transseksual amansızlıqla qətlə yetirilib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində




Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/524248.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR