Sabah Azərbaycanda yaz havası olacaq - 19 DƏRƏCƏ

Sabah Azərbaycanda yaz havası olacaq - 19 DƏRƏCƏ
12:14 8 Mart 2017
229 Digər
Ölkə mətbuatı
A- A+

 

Martın 9-a olan hava proqnozu açıqlanıb.

 

Lent.az Ekologiya və Təbii Sərvətlər Nazirliyinə istinadən xəbər verir ki, sabah Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcək. Səhər bəzi yerlərdə zəif duman olacaq, şimal-qərb küləyi gündüz cənub küləyi ilə əvəz olunacaq.

 

Havanın temperaturu gecə 3-6,  gündüz 10-15 dərəcə olacaq.

 

Bakıda gecə 4-6 isti, gündüz  13-15 isti olacağı gözlənilir.

 

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq, şərq küləyi əsəcək.

 

Havanın temperaturu gecə 3-8, gündüz 14-19 dərəcə olacaq. Dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 7-12 dərəcə isti olacağı gözlənilir.

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/269365

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR