Tolikin Ruhiyə bahalı hədiyyəsi

Tanınmış prodüsser Tarix Əliyev (Tolik) yaxın dostu tanınmış iş adamı Ruhi Əliyevanı ad günü münasibəti ilə fərqli tərzdə təbrik edib.

Metbuat.az xəbər verir ki, prodüsser Ruhiyə rəsmi sayt açdırıb. Saytda Ruhinin təhsili, karyerası və fotosessiyaları yer alacaq. Tolik sosial şəbəkədə yaxın dostunu belə təbrik edib:

“Bu gün mənə əziz olan insan, həyatımda böyük önəmi olan dostum, canım Ruhinin ad günüdür. Mən fikirləşdim ki, gözəl Ruhimə nə hədiyyə edə bilərəm? Ağlıma onun üçün rəsmi sayt açmaq fikri gəldi və düşünürəm k,i bu, onun xoşuna gələcək. Sənə can sağlığı, uzun ömür arzu edirəm. Hər zaman sev, sevil, balalarınla qürur duy!”

Rəvan Nasiroğlu / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR