Televizor izləyərək yemək yeyənlər bu xəstəliyə tutulur

Televizor izləyərək yemək yeyirsinizsə, artıq çəki xəstəliyinə tutula bilərsiniz.

Metbuat.az Türkiyə mediasına istinadla bildirir ki, aparılan araşdırmalar nəticəsində, ailəsi ilə axşam yeməyi yeyən insanlarda köklük riskinin daha az olduğu məlum olub. Ailənizlə yemək yeməyinizdən çox yediyiniz yeməyin ev üsulu olması və televizora fokuslanmamağınız daha önəmlidir.

Araşdırmaya görə, televizor izləməyən böyüklərdə köklük riski 40 faiz daha aşağıdır. Evdə hazırlanmış yeməkləri hazır yeməklərdən üstün tutanlarda isə risk 26 faizdir.

Həm ailədaxili münasibətlərinizi diqqət önündə saxlamaq, həm də sağlam yaşamaq üçün ailənizlə yemək yeyərkən televizoru söndürün. Ev üsulu yeməklər yeyin. Evdə yemək hazırlamağa vaxtı olmayanlar isə yemək alarkən sağlam qidalara üstünlük verməlidir.

Aysel Yaqubqızı / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR