Misirli arxeoloq: "Mən Messiyə axmaq deməmişəm"

Misirli arxeoloq: "Mən Messiyə axmaq deməmişəm"
12:27 8 Mart 2017
106 İdman
Ölkə mətbuatı
A- A+

Bir neçə həftə öncə Hepatit C ilə mübarizə üçün Qahirədə keçirilən konfransa qatılan Lionel Messi haqqında bir açıqlama marağa səbəb olub.

Ulduz futbolçuya piramidaları göstərən tanınmış misirli arxeoloq Zahi Havassın onu "axmaq" adlandırması iddia olunub.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, Havass canlı yayımda bunları deyib:

"Mən Messiyə axmaq deməmişəm. Onunla görüşdə tərcüməçinin dediklərimi lazımi formada çatdırmaması problem idi. Buna görə sözlərimin bütün sehri yoxa çıxmışdı. Messinin pərəstişkarıyam. İndiyə qədər heç bir matçını qaçırmamışam. Onu yenidən Misirə dəvət edirəm. Fironlar vadisi və Tutanhamonun məqbərəsinə aparmaq üçün. Messini heç vaxt təhqir etməmişəm və etmərəm də".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/524297.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR