Alimlər ən təhlükəli taksi rəngini tapıblar

Alimlər ən təhlükəli taksi rəngini tapıblar
12:27 8 Mart 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 8 mart. REPORT.AZ/ Amerika, Sinqapur və Çin alimləri taksinin ən təhlükəli rəngini müəyyən ediblər. "Report" xəbər verir ki, bu, "Proceedings of the National Academy of Sciences" jurnalının elmi araşdırmaları zamanı bəlli olub.
Tədqiqatçılar elmi axtarışlarının nəticəsində hesablayıblar ki, göy rəngli nəqliyyat vasitələrinin sarı rəngdə olanlarla müqayisədə qəza törətmə ehtimalı daha yüksəkdir. Bu əmsal təxminən 9% təşkil edib.
Alimlərin fikrincə, buna səbəb sarı rəngin göydən daha yaxşı görünməsidir.
Analitiklər bu nəticələrə Sinqapurun ən iri taksi şəbəkəsinin qəza törətmə dərəcəsinin 3 il vüddətində hər ay tərtib edilmiş statistik göstəricilər əsasında gəliblər. Tədqiqatçılar hesab edirlər ki, göy taksilər sarı rəngə boyanarsa, ildə 1,4 mln. dollar həcmində vəsaitə qənaət etmək mümkündür.

Xəbərin orijinal ünvanı: https://report.az/i-nfrastruktur/alimler-en-tehlukeli-taksi-rengini-tapiblar-1

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR