Filippinin prezidenti "yumruqlandı"

"Madam Secretary" adlı Amerika tele-serialında Filippin prezidenti yumruqlandığı səhnələr yer alıb. Seria Filippində etirazla qarşılanıb.

Bu həftə yayımlanacaq olan seriada Amerika xarici işlər naziri rolundakı qadın oyunçu tərəfindən, Filippin Dövlət sədrinin üzünə yumruq atdığı bir fraqment nümayiş olunub. Filippində bir çox adam, bunun Rodrigo Duterte ilə lağ etmək üçün edildiyini söyləyib. Metbuat.az xəbər verir ki, Filippinin Amerikadakı səfirliyi, rəsmi internet saytlarında serialı qınayan bir mətn nəşr edib.

Mətndə "Dövlət Prezidentin mənfi obrazda göstərməklə xalqımızın xarici əlaqələri də alçaldılmışdır" ifadələrinə yer verilib.

"Filippinin uzun müddətdir, qadın hüquqları və gender bərabərliyi müdafiəsi də ləkələnmişdir" deyilir

Digər tərəfdən Filippin səfirliyi bu həftə bazar günü yayımlanacaq olan serialın prodüser şirkətinə bu hörmətsizliyin bir an əvvəl düzəldilməsi üçün müraciət edib.

Adil Soltanov / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR