"İlhamə Quliyevanı bağışladım"

"İlhamə Quliyevanı bağışladım"
12:52 8 Mart 2017
439 Şou
Ölkə mətbuatı
A- A+

İllərlə efirlərdə, konsertlərdə olan sənətkar var ki, mənim üç-dörd ildə qazandığımı əldə edə bilməyib. Statusu, sevgini, dövlət tərəfindən hörməti qazanmaq üçün dürüst və sənətkar olmaq lazımdır.

Milli.Az-ın axşam.az-a istinadən məlumatına görə, bu sözləri xalq artisti Nazpəri Dostəliyeva "Klip+" verilişinə açıqlamasında deyib. 

Müğənni illərlə küsülü olduğu xalq artisti İlhamə Quliyeva haqda danışıb. O, mərhum müğənnini bağışldığını deyib:
 
"Sözsüz ki, onu bağışladım. Allah rəhmət eləsin. İndi haqq dünyasındadır, yanlış addımlar atdı, sonra peşman oldu".

N.Dostəliyeva "Nazpəri xanım sevir" sualına belə cavab verib:

"Fəxr edirəm, gecə-gündüz şükür edirəm ki, Allah mənə övladlıq, valideynlik və nənəlik bəxş etdi. 

Əlbəttə ki... Hesab edirdiniz ki, Nazpəri sevilmir? Nazpəri həm sevir, həm də sevilir...".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/showbiz/524309.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR