​Dırnaqlarınız göyəribsə, xəstəlik əlaməti ola bilər..

Dırnaqların göyərməsi və görünüşündəki dəyişikliklər sianoz xəstəliyinin əlamətidir.

Metbuat.az xəbər verir ki, əl dırnaqlarının göyərməsi çox zaman bərk bir yerə dəyməyin təsiri ilə əmələ gəlsə də, ayaq dırnaqlarının göyərməsi bədənin fərqli bölgələrində əmələ gələn problemlərin xəbərçisi ola bilir. Barmaqlarda əmələ gələn qırıqlar, travmalar, burxulmalar, çatlaqlar və bəzi infeksion xəstəliklər dırnaqlarda göyərməyə səbəb olur. Ayaq dırnaqlarındakı göyərmələr isə, adətən ayaqqabıların sıxması nəticəsində və ya ayaqla oynanılan oyunlardan sonra əmələ gəlir.

Əgər dırnaqlarınızın rəngi qaralır və tündləşirsə, bu qanın dırnaq altında yığıldığını göstərir.

Dırnaqla bağlı problemlərin qarşısını almaq üçün ən yaxşı üsul təmizliyə riayyət etməkdir.

Aysel Yaqubqızı / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR