Cəbhədə yenidən ağır döyüşlər başlaya bilərmi?

Hazırda Azərbaycan və Ermənistan arasında Dağlıq Qarabağ məsələsinin həlli istiqamətində aparılan danışıqlar dayandırılıb. Sarkisyan rejimi isə aprelin 2-də keçiriləcək parlament seçkilərində qələbə qazanmaq üçün müxtəlif vasitələrə əl atır. Belə ki, fevralın 24-dən 25-nə keçən gecə cəbhədə yaşanan gərginlik, eləcə də ölən erməni əsgərlərin meyitlərinin gizlədilməsi buna nümunədir.

Maraqlıdır, Sarkisyan rejiminin hakimiyyətdə qalması üçün seçkilərə qədər növbəti həmləsi nə olacaq? Cəbhədə vəziyyət yenidən gərginləşə bilərmi?

Mövzu ilə bağlı Metbuat.az-a açqıalama verən siyasi ekspert Vüqar Zifəroğlu bildirdi ki, fevralın ikinci ongünlüyündən sonra cəbhədə yaşanan gərginliklərin davam etməsi onu göstərir ki, Sarkisyan rejimi işğal faktorundan iqtidarını qorumaq üçün maksimum dərəcədə yararlanmaq niyyətindədir:

“Məsələ budur ki, Ermənistanda rejim dəyişikliyi baş verəcəkmi? Və ya baş verərsə belə, bu dəyişiklik istər Qarabağla bağlı, istərsə də Azərbaycanla münasibətlər baxımından azacıq da olsa müsbət dəyişikliklər vəd edə bilərmi? Hər iki sualın cavabı ilə bağlı yanaşmam təəssüf ki, optimist deyil. Ermənistan bütünlükdə Rusiyanın girovudur. Və orada hər hansı siyasi dəyişiklik baş verərsə, Rusiyanın razılığı ilə olacaq. Erməni siyasiləri bu gün Qarabağ sevdasının ardınca düşməkdənsə, Ermənistanın qazanılması uğrunda mübarizə aparmalıdırlar”.

Xəyalə Məmmədova / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR