Çin və ABŞ Ayın işğalı üçün hərəkətə keçdi – KOSMOS MÜHARİBƏSİ

Çin və ABŞ Ayın işğalı üçün hərəkətə keçdi – KOSMOS MÜHARİBƏSİ
13:18 8 Mart 2017
158 Dünya
Ölkə mətbuatı
A- A+

ABŞ və Çin arasında gərginlik təkcə Yer kürəsi ilə yekunlaşmır.

Publika.az xəbər verir ki, iki super güc Kosmosda müharibəyə hazırlaşır.

ABŞ prezidenti Donald Tramp ötən ay NASA-ya Aya getmək üçün göstəriş verdi. Bunun ardından Çin də Aydan nümunə götürmək üçün yaxın günlərdə hərəkətə keçəcəyini açıqladı.

Pekin “Chang 5” adlı kosmos təyyarəsini Aya göndərmək üçün son hazırlarını həyata keçirir.

Ay Araşdırmalar Proqramı üzrə rəsmi Hu Hao “Renmin Rebao” qəzetinə açıqlamasında bildirib ki, “Bu, Çinin ən qarışıq və çətin kosmos uçuşu olacaq”.

“Science and Technology Daily” nəşri yazır ki, ABŞ kosmosu fəth etmək niyyətindədir.

“ABŞ kosmosu araşdırma planını işə salıb. Kosmosun dərinliklərinə qədər getmək istəyən ABŞ üçün ilk dayancaq Ay olacaq”, - deyə nəşr qeyd edib.

Çin isə öz növbəsində Ayın qaranlıq üzünə kosmonavt göndərmək niyyətindədir. Hesablamalara görə, qarşıdakı 20 il ərzində Çin Ayda baza yaratmaq istəyir. Pekinin əsas hədəfi Mars planetidir.

ABŞ-da 2021-ci ilə qədər Aya kosmonavt göndərmək və kosmosda gücünü artırmağı planlaşdırır.

Ekspertlər isə ABŞ və Çinin Yerdə nüfuz mübarizəsi ilə yanaşı, kosmosda da qarşı-qarşıya gələcəyini hesablayırlar.

Asif


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/190583.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR