Yol qəzalarında 3 piyada həlak olub

Yol qəzalarında 3 piyada həlak olub
13:24 8 Mart 2017
96 Digər
Ölkə mətbuatı
A- A+

 

Azərbaycanda yol-nəqliyyat hadisələri nəticəsində 3 nəfər həlak olub. Lent.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, martın 5-də Tovuz rayonunun Düz Cırdaxan kəndində rayon sakini Elçin Qasımov idarə etdiyi "Hyundai" markalı avtomobillə yolu keçən həmyerlisi Fikrət Əliyevi vurub. Xəstəxanaya yerləşdirilən piyada martın 7-də orada ölüb.

 

Martın 7-də isə saat 7 radələrində Sabunçu rayonunun Bakıxanov qəsəbəsində Bakı şəhər sakini Kənan Mirzəyev idarə etdiyi "Mercedes" markalı avtomobillə yolu keçən paytaxt sakini Elgün Məmmədovu vurub. Xəstəxanaya yerləşdirilən piyada orada ölüb.

 

Daha bir piyada isə Şəmkirdə həlak olub. martın 7-də saat 23 radələrində Şəmkir şəhərində Kür qəsəbə sakini Məqsəd Alməmmədov idarə etdiyi "VAZ-21154" markalı avtomobillə yolu kəçən Bakı şəhər sakini Akif Mustafayevi vurub və nəticədə piyada hadisə yerində ölüb.

 

 

Hər 3 faktla bağlı araşdırma aparılır. 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/269368

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR