Binəli Yıldırımın mühafizəçiləri zəhərləndilər

Binəli Yıldırımın mühafizəçiləri zəhərləndilər
13:27 8 Mart 2017
75 Dünya
Ölkə mətbuatı
A- A+

Türkiyənin Baş nazir Binəli Yıldırımın dünən axşam reallaşdırdığı İzmir səfəri zamanı mühafizəçilərindən 17-si zəhərlənib.

Milli.Az gazetevatan-a istinadən xəbər verir ki, yeməkdən zəhərləndikləri deyilən mühafizəçilər müxtəlif xəstəxanalara yerləşdiriliblər.

Mühafizəçilərin kartof pürəsi və toyuq yediyi, yeməklərdən nümunə götürüldükdən sonra laboratoriyaya göndəriləcəyi öyrənilib.

Mühafizəçilərin sağlamlıq vəziyyətlərinin hazırda yaxşı olduğu deyilir.

Məhəmməd Vaqif
Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/524327.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR