Xavi karyerasını başa vuracağı vaxtı açıqladı

Xavi karyerasını başa vuracağı vaxtı açıqladı
13:42 8 Mart 2017
93 İdman
Ölkə mətbuatı
A- A+

"Barselona"nın canlı əfsanəsi Xavi klubun baş məşqçisi olmaq istəyir. Amma katalon yarımmüdafiəçi Luis Enrikedən sonra bu posta təyin olunmaq barədə düşünmür.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, veteran yarımmüdafiəçi karyerasını 2018-ci ilin yayında başa vuracağını da bildirib.

"Barselona"nın baş məşqçisi olmaq arzumdur. Bu məsələnin üzərinə ciddi düşmək istəyirəm. Məşqçilik lisenziyası almaq fikrindəyəm. Luis Enrikeni əvəzləmək qeyri-mümkündür. Hələ məşqçilik kursunun imtahanlarını verməliyəm. Futbolçudan çox məşqçi kimi düşünürəm. Növbəti mövsüm futbolçu kimi son mövsümüm olacaq. Həmin vaxtdan sonra nə olacağına baxarıq".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/524274.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR