Baş nazirin mühafizəçiləri kürtləvi halda zəhərləndi - ŞOK OLAY

Baş nazirin mühafizəçiləri kürtləvi halda zəhərləndi - ŞOK OLAY
13:44 8 Mart 2017
91 Digər
Ölkə mətbuatı
A- A+

 

Türkiyənin baş naziri Binəli Yıldırımın mühafizəçiləri zəhərlənib.

 

Lent.az sozcu.com.tr-yə istinadən xəbər verir ki, ötən gün İzmir şəhərində görüşlər keçirən baş nazirin 17 mühafizəçisi eyni şikayətlə müxtəlif xəstəxanalara yerləşdirilib.

 

Xəbərdə bildirilir ki, mühafizəçilər axşam yeməyindən sonra xəstəxanalara müraciət edib. Onların  kartof püresi və toyuq əti yediyi bildirilir. Yeməklərdən nümunələr alınıb və laboratoriyalara göndərilib.

 

Mühafizəçilər ilkin müayinə və müalicədən sonra xəstəxanadan buraxılıb. Onların vəziyyəti normal qiymətləndirilir. 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/269369

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR