"5" alan şagirdlərin sayı artıb

"5" alan şagirdlərin sayı artıb
13:52 8 Mart 2017
149 Ölkə
Ölkə mətbuatı
A- A+

Son illər ərzində Azərbaycanın ümumi təhsil müəssisələrində buraxılış imtahanlarının keyfiyyət göstəricilərində sabit müsbət dinamika əldə edilib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin 2016-cı ildə fəaliyyəti haqqında hesabatda deyilir.

2012-ci illə müqayisədə bütün imtahan fənlərindən müsbət qiymət almış IX sinif məzunlarının sayı 50,2 faizdən 2016-cı ildə 67,2 faizədək artıb, son 4 ildə imtahan nəticələri 17 faiz yüksəlib. "Əla" qiymət alanların sayı 2015-ci ildəki 7 faizdən 2016-cı ildə 9,2 faizə yüksəlib.

XI sinif məzunlarının buraxılış imtahanlarında hər üç fəndən müvəffəq qiymət alanların çəkisi 2016-cı ildə 2015-ci ilə nisbətən 2 faiz artaraq 65 faiz olub. Bu siniflərdə hər üç fəndən "əla" qiymət alan şagirdlərin sayı 6,8 faizdən 8,8 faizə yüksəlib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/524345.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR