Rozadan Günayın sözlərinə sərt cavab

Bu yaxınlarda şou-biznesdə səs, görüntü, ifa baxımından özünə rəqib tanımadığını deyən Günay İbrahimliyə həmkarı Roza Zərgərli sərt cavab verib.

Metbuat.az-a danışan Roza Günayın sözlərindən qəzəbləndiiyini deyib:

“Kim deyir ki, rəqibim yoxdur, Günay? Günay özü üçün danışır. O, dünənki uşaqdır. "Rəqibim yoxdur" deyə bir şey yoxdur. Bu iddia əsassızdır. Hər kəsin rəqibi olur. Hətta dünya ulduzu Maykl Ceksonun belə rəqibi var idi. Necə yəni rəqibi yoxdur? Bəs biz nəyik? Günayla dostluğumuz da var. O, ya fikirli olub, ya da ac vaxtı danışıb. Adam ac olanda əsəbi olur axı”.

Roza Zərgərli şou-biznesdə bir çox layihələr reallaşdırdığını vurğulayıb:

“Mənim 7 il ərzində elədiyimi çox müğənnilər etməyib. Kişi kimi oturub araşdırsaq görərik ki, az iş görməmişəm. Tədbirlər, konsertlər keçirtmişəm. Kitab yazmışam”

Rəvan Nasiroğlu / Metbuat.az



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR