“SOCAR Petroleum”da Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir keçirilib

“SOCAR Petroleum”da Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir keçirilib
14:02 8 Mart 2017
124 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 8 mart. REPORT.AZ/ “SOCAR Petroleum” QSC-də 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir keçirilib.
“Report”a QSC-dən verilən məlumata görə, “SOCAR Petroleum”un baş direktoru Toğrul Seyidov bildirib ki, indi Azərbaycan qadınları artıq cəmiyyətin aparıcı qüvvəsinə çevrilib, çünki cəmiyyət ona hörmətlə yanaşır, onu qiymətləndirir: “Azərbaycan qadınının bütün dövrlərdə, bütün cəmiyyətlərdə gözəl örnəkləri olub. Milli əxlaqi dəyərlərimiz, adət-ənənələrimiz məhz anaların müdrikliyi sayəsində mürəkkəb dövrlərə qalib gəlib. Ölkəmizdə dövlət qadın siyasətinin əsasını qoyan ümummilli lider Heydər Əliyev qadın şəxsiyyətinə böyük hörmətlə yanaşıb. Ulu öndər ölkə həyatının bütün sahələrində qadınlara xüsusi yer ayırıb, onların hərtərəfli fəaliyyətinə geniş meydan verib, lider qadınlar yetişdirib. Onun dövlət qadın siyasəti haqqında tarixi qərarından məqsəd cəmiyyətdə qadınların rolunun artırılmasına, qadınlarla kişilər arasında bərabərliyin gerçəkləşdirilməsinə, qadınların ictimai-siyasi proseslərə cəlb edilməsinə, qadın problemlərinin həllinə nail olmaq idi. Bu, dövlətin qadınlara münasibətinin, demokratik, bərabər imkanlara malik cəmiyyətin yaradılmasının göstəricisi idi”.
Digər çıxış edənlər qadınlara olan diqqət və qayğıya görə Prezident İlham Əliyevə təşəkürlərini bildiriblər.
Tədbirin sonunda “SOCAR Petroleum” QSC-nin xanım əməkdaşlarına bayram hədiyyələri təqdim edilib.

Xəbərin orijinal ünvanı: https://report.az/cemiyyet/socar-petroleum-da-beynelxalq-qadinlar-gunu-munasibetile-tedbir-kecirilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR