"Səbail" - "Turan Tovuz" oyunu niyə təxirə salınmadı?

"Səbail" - "Turan Tovuz" oyunu niyə təxirə salınmadı?
14:07 8 Mart 2017
170 İdman
Ölkə mətbuatı
A- A+

Xəbər verdiyimiz kimi, "Turan Tovuz"un bəzi üzvləri qida zəhərlənməsi səbəbindən Tovuz Rayon Təcili Tibbi Yardım Şöbəsinə yerləşdirilib. Müalicələri sona çatan futbolçular evə buraxılıb. Bəzilərinin isə xəstəxanada müalicəsi davam edir.


Ötən gün "Turan Tovuz"un futbolçuların oyun saatına kimi tam sağalması sual altında olduğundan həm PFL-ə, həm də "Səbail" klubuna müraciət edərək oyunun vaxtının 2 gün sonraya, yəni martın 11-nə tarixə dəyişdirilməsini xəbər vermişdik.


Fanat.Az xəbər verir ki, PFL və "Səbail" qarşılaşmanın təxirə salınmasına razı olmayıb. Çünki oyun "CBC Sport" vasitəsi ilə canlı yayımlanacaq və bir neçə gün əvvəldən kanalın proqramına salınıb.


Beləliklə, matç sabah "Bayıl Arena"da baş tutacaq və saat 19.00-da başlayacaq.


Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-quotsbailquot-quotturan-tovuzquot-oyunu-niy-txir-salnmad-t56783.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR