Səudiyyə Ərəbistanında İŞİD terrorçusu məhv edilib

Səudiyyə Ərəbistanında İŞİD terrorçusu məhv edilib
14:22 8 Mart 2017
80 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 8 mart. REPORT.AZ/ Səudiyyə Ərəbistanı təhlükəsizlik qüvvələri İŞİD terror qruplaşmasının üzvü olduğu ehtimal edilən şəxsin saxlanılması üçün əməliyyat keçiriblər. 
"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanı DİN-in nümayəndəsinin yaydığı məlumatda bildirilib.
"Bu gün təhlükəsizlik qüvvələrimiz paytaxt Ər-Riyad şəhərində İŞİD-ə qoşulması barədə məlumat aldığı şəxsin saxlanılması üçün əməliyyat keçirilib. Lakin o, polis əməkdaşlarına atəş açıb. Bundan sonra həmin şəxs zərərsizləşdirilib",- məlumatda qeyd edilib.
Xəbərdə həmçinin təhlükəsizlik qüvvələrinin cinayətkarı müşayiət edən şəxsi saxladıqları və bu işlə bağlı tədqiqatın davam etdirildiyi vurğulanıb.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/seudiyye-erebistaninda-i-si-d-terrorcusu-mehv-edilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR