Bu il ölkədə şagird sayı 100-dək olan 332 məktəb üçün modul tipli binalar quraşdırılacaq

Bu il ölkədə şagird sayı 100-dək olan 332 məktəb üçün modul tipli binalar quraşdırılacaq
14:47 8 Mart 2017
150 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 8 mart. REPORT.AZ/ Bu il Azərbaycanda şagird sayı 100-dək olan 332 məktəb üçün modul tipli binaların quraşdırılması nəzərdə tutulub.
“Report” xəbər verir ki, bu, Azərbaycan Nazirlər Kabinetinin 2016-cı ildə fəaliyyəti haqqında hesabatında öz əksini tapıb.
Hesabatda qeyd olunub ki, ölkənin 44 rayonunda azkomplektli və qəzalı vəziyyətdə olan kənd məktəblərinin modul tipli məktəblərlə əvəz olunması ilə əlaqədar hazırlıq işlərinə başlanıb. Bu məktəblərin üstünlükləri azməsrəfli olması ilə yanaşı, qısa müddət (1 ay) ərzində istənilən relyefdə quraşdırılması, asan daşınması, şagirdlərin sayına uyğun olaraq sinif otaqlarının rahatlıqla azaldılıb-artırılmasıdır.
“Keçən il ölkədə 1 932 şagird yerlik 7 məktəb binası və 1 ailə tipli qrup evi inşa edilib, 6 internat məktəbi, 2 peşə liseyi, 1 kollec, 3 ali məktəbin tədris korpusu əsaslı təmir edilib, bərpa-gücləndirmə işləri aparılıb. Bununla yanaşı, hesabat dövründə 468 məktəbdə əsaslı və cari təmir işləri aparılıb. Ümumilikdə bütün mənbələr hesabına ölkə üzrə 29 məktəb binası tikilib, 485 təhsil müəssisəsi təmir edilib, 60 ümumtəhsil məktəbində kimya, fizika və biologiya laboratoriyalarının quraşdırılması həyata keçirilib”, - deyə hesabatda əks olunub.
Qeyd edək ki, hesabat Milli Məclisin martın 17-də keçiriləcək plenar iclasda müzakirəyə çıxarılacaq.

Xəbərin orijinal ünvanı: https://report.az/elm-ve-tehsil/bu-il-olkede-sagird-sayi-100-dek-olan-332-mekteb-ucun-modul-tipli-binalar-qurasdirilacaq

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR