Ər-arvad namaz qılarkən səcdədə öldü

Türkiyədə qəribə hadisə baş verib, Ər və arvad namaz qılarkən səcdə anında dünyasını dəyişib.

Metbuat.az xəbər verir ki, Osman və Aişə cütlüyündən xəbər tuta bilməyən övladları evə gəldiyində valideyinlərini otaqda səcdə halında, hərəkətsiz olaraq görüb.

Valideynlərinin öldüyünü bildikdən sonra isə onların cəsədini həkim yoxlanılmasına aparıblar.

Həkim müayinəsindən sonra məlum olub ki, ər və arvad evə sızan qaz nəticəsində zəhərlənib.

Hadisə ilə bağlı araşdırma aparan prokuror da hadisənin qaz sızması nəticəsində, dəm qazından boğulma ilə bağlı olduğunu təstiq edib.

Adil Soltanov / Metbuat.az



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR