Gediş haqqı artırılır - Tbilisidə

Gediş haqqı artırılır - Tbilisidə
15:57 8 Mart 2017
90 Dünya
Ölkə mətbuatı
A- A+

Gürcüstan paytaxtı Tbilisi şəhərində qısa məsafələrə hərəkət edən mikroavtobuslarda gediş haqqı 0,1 tetri (təxminən 0,04 dollar) bahalaşıb.

Milli.Az report.az-a istinadən bildirir ki, bu barədə "Tbilisi Mikroavtobusu" şirkətinin açıqlamasında bildirilib.

Hazırda Tbilisidə mikroavtobuslarla uzunməsafəli marşurtlarda gediş haqqı 0,8 lari (təxminən 0,3 dollar), qısaməsafli marşrutlarda (paytaxtın mərkəzindən kənar rayonlara) 0,4 laridən 0,5 lariyədək (təxminən 0,16-0,20 dollar) təşkil edir.

Metro və avtobuslarda isə gediş haqqı 0,5 laridir (təqribən 0,2 dollar).

Şirkət qiymət artımını əsaslandıraraq bildirib ki, menecment şirkətin nöqsansız işləməsini təmin etmək imkanına sahib olmalı, sərnişinlərin daşınma şərtlərini yaxşılaşdırmalı, avtomobil parkının yenilənməsini davam etdirməli və əməkdaşlarının əmək hüquqlarını qorumalıdır.

Qeyd edək ki, "Tbilisi Mikroavtobusu" şirkəti 2011-ci ildən paytaxtda sərnişindaşıma xidmətləri göstərir. Bu vaxta qədər şirkətin tariflərində heç bir dəyişiklik edilməyib. Hazırda şirkətin 4 min işçisi var.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/524367.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR