Vaqif Əsədov Elzanı belə təbrik etdi - FOTO

Vaqif Əsədov Elzanı belə təbrik etdi - FOTO
16:12 8 Mart 2017
331 Şou
Ölkə mətbuatı
A- A+

Bu gün Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi paytaxtda 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə reyd keçirib.

Milli.Az salamnews-a istinadən xəbər verir ki, reyddə yol polisi yol hərəkəti qaydalarını pozan, sənədlərində problem olan qadın sürücülərə cərimə əvəzinə gül dəstəsi və hədiyyələr verib. Aksiya şəhərin mərkəzi küçə və prospektlərində həyata keçirilib.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov jurnalistlərə bildirib ki, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə gün ərzində Bakıda "Nümunəvi qadın sürücü" devizi altında keçirilən ənənəvi aksiya çərçivəsində, şəhərin mərkəzi küçə və prospektlərində "Yol hərəkəti haqqında" Qanunun tələblərini pozmayan xanım sürücülərə müxtəlif hədiyyələr təqdim edir: "Hər bir nümunəvi xanım sürücüyə tərəfimizdən 8 hədiyyə təqdim olunur. Onlar avtomobili pulsuz yumaq, restoranda 2 nəfərlik pulsuz şam etmək, pulsuz yanacaq doldurmaq üçün kuponlar, pulsuz sığorta, telefon danışığı kartları, qida və kosmetika məhsulları, qablar və güllərlə mükafatlandırılırlar".

Aksiya bu gün axşam saatlarına kimi davam edəcək.

Qeyd edək ki, qadın sürücülər arasında müğənni Elza Seyidcahan da olub.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində











Xəbərin orijinal ünvanı: http://news.milli.az/showbiz/524368.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR