Afinada Yunanıstan Kənd Təsərrüfatı Nazirliyinin binası qarşısında etiraz aksiyası keçirilib

Afinada Yunanıstan Kənd Təsərrüfatı Nazirliyinin binası qarşısında etiraz aksiyası keçirilib
17:57 8 Mart 2017
121 Dünya
Ölkə mətbuatı
A- A+


Bakı. 8 mart. REPORT.AZ/ Afinada Yunanıstan Kənd Təsərrüfatı Nazirliyinin binası qarşısında fermerlər etiraz aksiyası keçiriblər.
"Report" "İnterfaks"a istinadən xəbər verir ki, onlar vergi qanunvericiliyinin dəyişdirilməsinə etiraz ediblər.
Minə yaxın fermerin iştirak etdiyi aksiyanın qarşısını almaq üçün xüsusi təyinatlılar gözyaşardıcı qazdan istifadə etməyə məcbur olublar.
Nəticədə tərəflər arasında qarşıdurma baş verib, fermerlər xüsusi təyinatlıları daşa basıblar.
Xəsarət alan və saxlanılanlar barədə məlumat verilmir.
Qeyd edək ki, fermerlərin bir çoxu Afinadakı aksiyaya qatılmaq üçün hətta Krit adasından gəlib.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/afinada-yunanistan-kend-teserrufati-nazirliyinin-binasi-qarsisinda-etiraz-aksiyasi-kecirilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR