Çinə qaçqın axını başladı

Çinə qaçqın axını başladı
18:05 8 Mart 2017
147 Dünya
Ölkə mətbuatı
A- A+

Myanmarda etnik qiyamçılarla hökumət qüvvələri arasında toqquşmaların artması ilə əlaqədar minlərlə insan Çinə üz tutub.

Milli.Az APA-ya istinadən xəbər verir ki, Myanmarın Şan ştatında yerləşən Kokanqın əhalisi etnik çinlilərdir.
 
Silahlı etnik qruplaşmalar Kokanqa geniş muxtariyyət verilməsini, yaxud Myanmardan ayrılmasını tələb edirlər. Etnik çinlilərin silahlı qruplaşmaları ilə Myanmar hökumət qüvvələri arasında toqquşmalar 1949-cu ildən başlayıb, 1990-cı illərin ortalarına qədər davam edib. Silahlı münaqişə 2014-cü ildə yenidən başlayıb.
 
Son günlər Çinlə sərhəd yaxınlığında vəziyyət gərginləşib. Martın 6-da qiyamçılar Çinlə sərhəddə yerləşən Şan ştatında təhlükəsizlik qüvvələrinə hücum edib. Hücum nəticəsində 30 nəfər ölüb. Dünən Qırmızı Xaç Komitəsi Çinin sərhəddə yerləşən Nan San şəhərindəki qaçqın düşərgəsinə 200 nəfərin yerləşdirildiyini, 300 nəfərin sərhədin Myanmar tərəfindən gözlədiyini açıqlayıb. 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/524379.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR