Latviya Belarusla sərhəddə hasar tikəcək

Latviya Belarusla sərhəddə hasar tikəcək
19:17 8 Mart 2017
84 Dünya
Ölkə mətbuatı
A- A+

Latviya Belarusla sərhəddə hasar tikəcək.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bunu Latviya Dövlət Sərhəd Mühafizə Xidmətinin rəisi Normunds Qarbars bildirib.

On kilometrlərlə uzunluqda olacaq hasarın çəkilməsində məqsəd Belarusdan qeyri-leqal miqrasiyanın və sərhəd pozuntularının qarşısının alınmasıdır. Bununla bağlı tender elan edilib və martın 20-də başa çatacaq. Hasarın tikintisinə 2018, yaxud 2019-cu ildə başlayacaq.
 
Qeyd edək ki, Latviya 2015-ci ildə Rusiya ilə sərhədin müxtəlif sahələrində 90 km uzunluqda hasar tikilməsi barədə qərar qəbul edib. Hazırda Latviya Rusiya ilə sərhədin 23 kilometrinə hasar çəkib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/524385.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR