Lənkəranda 1 ədəd tank əleyhinə mina zərərsizləşdirildi

Lənkəranda 1 ədəd tank əleyhinə mina zərərsizləşdirildi
19:18 8 Mart 2017
54 Ölkə
Ölkə mətbuatı
A- A+

Lənkəran şəhərində 1 ədəd tank əleyhinə mina aşkar edilərək zərərsizləşdirilib.

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) Publika.az-a verilən məlumata görə, dəniz kənarında 1 ədəd TM-62M aşkar edilərək zərərsizləşdirilməsi üçün götürülüb, nəticə etibarilə 1500 kv.m ərazi yoxlanılıb.

Ümumilikdə agentlik tərəfindən 01 yanvar – 08 mart 2017-ci il tarixlərində Ağdam, Ağcabədi, Ağstafa, Füzuli, Şamaxı, Xızı, Beyləqan, Bərdə, Tovuz, Lənkəran və Cəbrayıl rayonları, Lənkəran, Gəncə, Şirvan və Tərtər şəhərlərində 6 otlaq sahəsinə, 2 əkin sahəsinə, 1 hərbi hissənin yaxınlığına, 135 ev və həyətyanı sahəyə, 1 kənd orta məktəbinin həyətinə, su arxına, drenaj kanalına, dəniz və çay sahilinə, yol kənarına, yeni avtomobil yolunun çəkiləcəyi əraziyə, avtobaza ərazisinə, körpü ərazisinə, istirahət mərkəzinə, qəbiristanlığa, yaşayış binasının yaxınlığına baxış keçirilib, 1 974 ədəd partlamamış hərbi sursat, 68 ədəd tank əleyhinə mina və 5 ədəd piyada əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilib, 956 234 kv.m ərazi (452 192 kv.m ərazi əl ilə, 231 000 kv.m ərazi mexaniki üsulla, 113 000 kv.m ərazi SENSYS dərinlik ölçən cihazı və 160 042 kv.m ərazi minaaxtaran itlərin dəstəyi ilə) yoxlanılıb.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/hadise/190609.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR