8 mart OĞURLUĞU: Bütün qızılgülləri apardılar

8 mart OĞURLUĞU: Bütün qızılgülləri apardılar
19:48 8 Mart 2017
128 Dünya
Ölkə mətbuatı
A- A+

Latviyanın paytaxtı Riqa şəhərinə maraqlı oğurluq hadisəsi baş verib.

Trend xarici KİV-lərə istinadən məlumat verir ki, martın 8-ə keçən gecə Riqada yerləşən gül mağazalarının birindən xüsusi olaraq 8 mart üçün gətirilən bütün qızılgüllər oğurlanıb.

Oğrular mağazada olan digər güllərə toxunmayıb, yalnız roza güllərini son ədədinə qədər aparıblar. Məlumata görə, mağazaya dəymiş zərər 1.6 min avro dəyərində qiymətləndirilir.

Oğurluq hadisəsi ilə bağlı cinayət işi qaldırılıb.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/190611.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR